Təyyarədəki sərnişinlərlə bağlı məlumat təqdim etməyən şirkətlər cəzalandırılacaq

Təyyarədəki sərnişinlərlə bağlı məlumat təqdim etməyən şirkətlər cəzalandırılacaq
# 25 iyun 2019 18:50 (UTC +04:00)

Təyyarədəki sərnişinlərlə bağlı məlumatı təqdim etməyən şirkətlər cəzalandırılacaq.

APA-nın məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişiklik haqqında Qanunu təsdiqləyib.

Məcəllənin 295-ci (Aviasiya təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulması) maddəsinə iki yeni bənd əlavə edilib.

Əlavədə qeyd olunub ki, daşıyıcılar tərəfindən Azərbaycan ərazisinə enəcək və tərk edəcək hava gəmisinin sərnişinlərinə dair nəzərdə tutulan məlumatların biletin bronlaşdırıldığı (satıldığı) vaxtdan dərhal sonra və hər bir halda hava gəmisinə minik başlayanadək müvafiq icra hakimiyyəti orqanına verilməməsinə görə vəzifəli şəxslər 1 500 məbləğində, hüquqi şəxslər isə 3 000 manat məbləğində cərimələnir.

Bundan başqa, daşıyıcılar tərəfindən Azərbaycan ərazisinə enəcək və tərk edəcək hava gəmisi ekipajının hər bir üzvünün vəzifəsi və ona dair nəzərdə tutulan məlumatların hava gəmisinin yola düşməsinə ən geci 24 saat qalmış, habelə hava gəmisinin ekipajının tərkibi dəyişdikdə, həmin məlumatlar dəyişiklik edildikdən sonra hər bir halda hava gəmisi yola düşənədək müvafiq icra hakimiyyəti orqanına verilməməsinə görə vəzifəli şəxslər 1 500, hüquqi şəxslər isə 3 000 manat məbləğində cərimə edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR