Tibbi yardıma ehtiyacı olanların Ermənistana təxliyəsinə şərait yaradılır

Tibbi yardıma ehtiyacı olanların Ermənistana təxliyəsinə şərait yaradılır
# 23 sentyabr 2023 13:38 (UTC +04:00)

Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) tərəfindən Ağdam-Əsgəran-Xankəndi və Laçın-Xankəndi yolu ilə ərzaq, dərman preparatları və uşaq qidasından ibarət yüklərin aparılmasına, təşkilatın Bakı və Cenevrə ofislərindən Xankəndidə olan alt-ofisinə əlavə heyətin ezam olunmasına şərait yaradılır.

APA xəbər verir ki, bu barədə Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli məqsədilə yaradılan İşçi qrup tərəfindən 2023-cü il sentyabrın 20-dən etibarən görülən tədbirlərdə qeyd olunub.

Həmçinin bildirilib ki, BQXK müraciəti əsasında tibbi yardıma ehtiyacı olan şəxslərin Ermənistana təxliyəsi üçün zəruri imkanlar yaradılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR