TKTA ali məktəb rəhbərləri ilə keyfiyyət təminatına dair görüş keçirib

TKTA ali məktəb rəhbərləri ilə keyfiyyət təminatına dair görüş keçirib
# 28 yanvar 2022 12:35 (UTC +04:00)

Təhsildə Keyfiyyət Təminatı Agentliyi və ADA Universitetinin təşkilatçılığı ilə ali təhsil müəssisələri ilə keyfiyyət təminatına dair görüş keçirilib.

APA-nın məlumatına görə, görüşdə 40-dan çox ali təhsil müəssisəsinin rəhbər şəxsləri, tədris şöbə müdirləri və keyfiyyət təminatı üzrə məsul şəxsləri iştirak edib.

ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadə bildirib ki, təhsildə keyfiyyətin artırılması üçün təkliflər vermək əhəmiyyətlidir: "TKTA yeni təşəbbüslər, qaydalar, planlar hazırlayır, bu işdə birgə fəaliyyət göstərə bilərik".

TKTA İdarə Heyətinin sədri Ülkər Səttarova bildirib ki, torpaqların işğaldan azad edilməsi ilə qarşıda yeni məqsədlər, vəzifələr və çağırışlar durur: "Burada ali məktəblərin rolu da əvəzolunmaz olacaq. TKTA-nın fəaliyyəti yalnız xarici diplomların tanınması deyil, təhsilin müxtəlif pillələri üzərində iş aparırıq. Təhsil pillələrindən əlavə qeyri-formal təhsil istiqaməti də var. Bir neçə vacib məsələ var, bunlardan biri akkreditasiyadır. İnstusional və proqram akkreditasiyası hər ikisi eyni səviyyədə vacibdir. Yanaşmamız akkreditasiya prosesi ilə universitetləri çətinliyə salmaq, problemdə günahlandırmaq, cəzalandırmaq deyil. Ali məktəblərə bu məsələdə yardımçı olmaq, əl-ələ birgə həll yolları tapmaqdır. Bu cür əməkdaşlıq daha faydalıdır".

Qeyd edək ki, görüş hibrid formada təşkil olunub.

Görüş zamanı ADA və Bakı Ali Neft Məktəbinin əməkdaşları da ali təhsil müəssisəsindəki müvafiq keyfiyyət təminatı modelinə dair təqdimatla çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR