TN: Bağçalardakı məktəbəhazırlıq qruplarından məktəbə birbaşa qəbul mümkün olmayacaq

TN: Bağçalardakı məktəbəhazırlıq qruplarından məktəbə birbaşa qəbul mümkün olmayacaq
# 07 iyun 2022 16:39 (UTC +04:00)

Təhsil Nazirliyi bağçalardakı məktəbəhazırlıq qruplarından birbaşa məktəbə qəbulun mümkün olub-olmayacağı məsələsinə aydınlıq gətirib.

APA xəbər verir ki, Nazirliyin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev bildirib ki, məktəblərdəki məktəbəhazırlıq quruplarından fərqli olaraq məktəbəqədər təhsil müəssisələrində olan məktəbəhazırlıq qruplarından birbaşa məktəbə qəbul mümkün olmayacaq.

Şöbə müdiri eyni zamanda, qeyd edib ki, icma əsaslı məktəbəqədər təhsil müəssisələrinə qəbul elektron qaydada aparılmayacaq:

"Düşünürüəm ki, hazırda buna ehtiyac yoxdur. Çünki belə müəssisələr adətən ucqar bölgələrdə fəaliyyət göstərir. Həmin ərazilərdə isə sıxlıq olmur".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR