TN: Bir şagirdə eyni fənn üzrə müxtəlif müəllimlərin dərs keçməsi onun nailiyyətinə təsir edir

Təhsil Nazirliyi

© APA | Təhsil Nazirliyi

# 07 iyul 2022 12:09 (UTC +04:00)

“Bu ildən verilən qərarla 3 ildən az müddətə ümumtəhsil müəssisələrində çalışan müəllimlər işə qəbul müsabiqəsində yerdəyişmə məqsədilə iştirak edə bilməyəcək. Onlar gərək çalışdıqları işdən ayrılsınlar, yalnız bu zaman müsabiqədə iştirak edə bilərlər”.

APA xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov bildirib.

Onun sözlərinə görə, həmin namizəd elektron ərizə qəbulu zamanı işdən ayrılmayıbsa, onun ərizəsi təsdiq edilməyib deməkdir:

“Bu səbəbdən də həmin şəxsin müsabiqədə iştirakı mümkün olmayacaq. Təhsil Nazirliyinin əsas məqsədi şagird nailiyyətlərinin, tədris keyfiyyətinin artırılması ilə bağlıdır. Təəssüflə qeyd etməliyəm ki, müəllimlərin tez-tez yerdəyişmə etməsi və ümumiyyətlə bir şagirdə bir neçə il ərzində eyni fənn üzrə müxtəlif müəllimlərin dərs keçməsi o şagirdlərin nailiyyətlərində də öz əksini tapır, psixoloji olaraq təsir edir. Ona görə də bu qərar bu ildən qüvvəyə minib. Düşünürəm ki, bu qərar şagird nailiyyətlərinə də müsbət təsirini göstərəcək. Hələ ki, tətbiq edilən bu yeniliyin dəyişdirilməsi ilə bağlı hər hansı qərar yoxdur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR