TN: Məktəbəhazırlıq qrupları fəaliyyətini davam etdirəcək

Təhsil Nazirliyi

© APA | Təhsil Nazirliyi

# 05 may 2022 11:17 (UTC +04:00)

Məktəbəhazırlıq qruplarının bağlanıb-bağlanmayacağı məsələsinə aydınlıq gətirilib.

APA xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili şöbəsinin müdir müavini Orxan Abbasov bildirib.

O qeyd edib ki, bağçaların Təhsil Nazirliyinin tabeliyinə verilməsindən sonra məktəblərdə məktəbəhazırlıq qruplarının ləğv ediləcəyi ilə bağlı fikirlər yayılıb: “Ancaq belə şey yoxdur, məktəblərdə məktəbəhazırlıq qrupları fəaliyyətini davam etdirəcək. Məktəbəhazırlıq qruplarına qəbul hər il adətən iyul-avqust aylarında olur. Bu il də elan olunacaq. Bu qrupların bağlanması ilə bağlı hələlik heç bir məlumat yoxdur”.

Orxan Abbasov eyni zamanda övladını birinci sinfə qoymaq istəyən valideynlərin texniki problemlə üzləşdiyi halda hara müraciət etməli olduqlarına da aydınlıq gətirib. O deyib ki, hər bir rayonda alternativ qəbul mərkəzləri var:

“Belə hallarla bağlı yerli təhsil qurumuna müraciət etmək tövsiyə olunur. Həmçinin “ASAN xidmət” mərkəzləri ilə də iş aparılır. Valideynlər texniki problemlə üzləşəndə ora da müraciət edə bilərlər. Bundan başqa Nazirliyin "whatsapp" nömrəsinə də yaza bilərlər".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR