Topxana meşəsinin bərpasına başlanılıb

Topxana meşəsinin bərpasına başlanılıb
# 06 yanvar 2023 13:27 (UTC +04:00)

1988-ci ildə ermənilər tərəfindən qırılan Topxana meşəsinin bərpasına başlanılıb.

APA xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəisi Xalıqverdi Hüseynov ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

O qeyd edib ki, artıq həmin ərazidə ötən il yeni ağacların əkilməsinə başlanılıb, əraziyə ağac toxumları da səpilib: “Bu proses davam edəcək və Topxana meşəsi bərpa ediləcək. İlkin olaraq həmin ərazidə palıd, vələs, dağdağan ağacları əkmişik. Həmçinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları meşədə təhlil aparır. Təhlilin nəticəsindən asılı olaraq, aidiyyəti qurumlara təkliflər göndəriləcək. Nazirlik əməkdaşları tərəfindən Laçın və Şuşada da yaşıllıq zolaqlarının salınması prosesini həyata keçirilir. Azad olunan ərazilərdə əkilməsi üçün Türkiyədən 49 min ting gətirilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR