Tovuzda fövqəladə halarda davanış qaydaları müvzusunda tədbir keçirilib

Tovuzda fövqəladə halarda davanış qaydaları müvzusunda tədbir keçirilib
# 19 avqust 2022 16:52 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Mərkəzi Tovuz rayonu, Ağdam kəndində işləməyən əhali üçün “Dinc və müharibə dövrlərində fövqəladə hallar zamanı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, tədbirdə kənd sakinləri ilə yanaşı, Tovuz Rayon İcra Hakimiyyətinin və yerli bələdiyyənin məsul şəxsləri də iştirak edib.

Toplantıda fövqəladə halların təsnifatı, o cümlədən yanğınlar, zəlzələ, torpaq sürüşməsi, sel və daşqınlar və ölkəmiz üçün xarakterik olan digər fövqəladə hadisələrlə bağlı geniş məlumat verilib, bu hadisələr zamanı zəruri davranış qaydaları barədə ətraflı danışılıb. Bundan əlavə, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə üsulları əyani şəkildə nümayiş etdirilib.

Tədbirdə iştirakçıların sualları cavablandırılıb, müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR