Toylarda karantin qaydalarını pozan daha 17 nəfər cərimələnib

Toylarda karantin qaydalarını pozan daha 17 nəfər cərimələnib
# 27 dekabr 2021 09:56 (UTC +04:00)

25-26 dekabr tarixlərində Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 1110 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-dən APA-ya verilən xəbərə görə, monitorinq 1095 şadlıq sarayında, 15 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 17 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub. 299 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR