ABŞ səlahiyyətliləri keçmiş prezident Donald Trampa qarşı məxfi sənədlərlə düzgün işləmək və ədalət mühakiməsinə mane olmaqda ittiham olunan yeddi maddələr irəli sürəcək.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə cümə axşamı “Twitter”də ABC televiziyasının jurnalisti Conatan Karl məlumat yayıb.
“Yeddi məqam – bu, onun məxfi sənədlərlə işləməsi və ədalət mühakiməsinə mane olması ilə bağlıdır”, – jurnalist bildirib. Bundan əvvəl Tramp özünün “Truth Social” sosial şəbəkəsində ABŞ-ın hazırkı prezidenti Co Baydenin administrasiyasının vəkillərinə ona qarşı irəli sürülən ittihamlar barədə məlumat verdiyini yazıb.