Transplantasiya ilə bağlı Koordinasiya Mərkəzinin yaradılması üçün əcnəbi mütəxəssislər dəvət olunub

Transplantasiya ilə bağlı Koordinasiya Mərkəzinin yaradılması üçün əcnəbi mütəxəssislər dəvət olunub
# 19 yanvar 2022 16:41 (UTC +04:00)

"Bu gün Milli Məclisin Səhiyyə komitəsinin iclasında transplantasiya mövzusu müzakirə olundu".

APA-nın məlumatına görə, bunu Milli Məclisin səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov APA TV-də deyib.

O bildirib ki, ilk növbədə böyrək və qaraciyər başda olmaqla, icbari tibbi sığorta çərçivəsində müəyyən sayda transplantasiya əməliyyatının illik icrası müzakirə olunub: "Hazırda bu istiqamətdə hazırlıqlar gedir. 2022-ci ildən icbari tibbi sığortadan ayrılmalar olduğu halda bu işi görməyə hazır olan 4-ə yaxın xəstəxana var".

R. Mahmudov onu da qeyd edib ki, Səhiyyə Nazirliyi tərəfindən yalnız yerli ekspertlər deyil, həmçinin xaricdən bu sahə üzrə ekspertlər ölkəyə dəvət edilərək koordinasiya mexanizmlərin hazırlanması istiqamətində müzakirələr aparılıb: “Hazırda koordinasiya sistemi üzrə mexanizmlərin hazırlanması istiqamətində işlər gedir. Bu istiqamətdə işlər son mərhələdədir. Yəqin ki, yaxın zamanda nəticəsini görəcəyik”.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurum statusunda Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi yaradılmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR