Transplantasiya üzrə Koordinasiya Mərkəzi fəaliyyətə başlayacaq

Teymur Musayev. səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri vəzifəsini müvəqqəti icra edən

© APA | Teymur Musayev. səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri vəzifəsini müvəqqəti icra edən

# 28 dekabr 2021 18:21 (UTC +04:00)

““İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanuna uyğun olaraq transplantasiya ilə bağlı donorlar və resipiyentlərin, yəni müalicə məqsədilə donor orqanı köçürülən şəxslərin ümumi respublika bazası yaradılacaq”.

Bunu APA-ya açıqlamasında səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri vəzifəsini müvəqqəti icra edən Teymur Musayev bildirib.

T. Musayev deyib ki, bu sahədə Koordinasiya Mərkəzi fəaliyyətə başlayacaq: “Koordinasiya Mərkəzi fəaliyyətə başlayandan sonra bu sahədə hər şey şəffaf şəkildə olacaq”.

Qeyd edək ki, “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun gələn il yanvarın 1-dən qüvvəyə minir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR