Transplantasiya üzrə Koordinasiya Mərkəzinin Nizamnaməsi hökumətə təqdim edilib

Əhliman Əmiraslanov

© APA | Əhliman Əmiraslanov

# 17 iyun 2022 13:27 (UTC +04:00)

“İnsan orqan və toxumalarının transplantasiyası haqqnda” qanun qəbul olunandan sonra Səhiyyə Nazirliyi tərəfindən Orqan donorluğu və transplantasiyası üzrə yaradılan Koordinasiya Mərkəzinin Nizamnaməsi hazırlanıb və təsdiq olunmaq üçün Nazirlər Kabinetinə təqdim edilib”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

Deputat bildirib ki, eyni zamanda, Mərkəzin fəaliyyəti ilə bağlı beyin ölümü diaqnozunun qoyulması da daxil olmaqla, müvafiq sənədlər zərfi hazırlanıb: “Donorlar, respiyentlər və donor orqanlarının vahid dövlət informasiya bazası da həmin Mərkəzin nəzdində fəaliyyət göstərəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR