Tullantıların idarə olunması ilə bağlı qanunvericiliyə yenidən baxılması təklif edilib

Tullantıların idarə olunması ilə bağlı qanunvericiliyə yenidən baxılması təklif edilib
# 01 iyun 2023 13:10 (UTC +04:00)

Azərbaycanda tullantıların idarə olunması ilə bağlı qanunvericiliyə yenidən baxılmasına ehtiyac var.

APA xəbər verir ki, bunu “Təmiz Şəhər” ASC-nin Hüquq şöbəsinin müdir müavini Mirzə Laçınov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında deyib.

"Hazırda tullantıların idarə olunması ilə bağlı qanunvericilik keçid mərhələsindədir. Müasir dövrün tələbləri və bu sahədə gedən proseslər özlüyündə tələb edir ki, sözügedən qanunvericiliyə yenidən baxaq. Sadəcə bu, bir qədər vaxt tələb edən prosesdir. Biz istəyirik ki, tullantılara artıq bir tullantı kimi yox, iqtisadi dövriyyəyə qaytarılmalı olan xammal kimi baxılan yanaşmanı ortaya qoyaq. Ümumiyyətlə beynəlxalq təcrübədə gedən tendensiyalar da belədir", - o əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR