"Rayon mərkəzlərində tullantıların toplanıb daşınması, uçotu ilə bağlı təkliflər hazırlanır".
APA xəbər verir ki, bunu Ekologiya və Təbii sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin Tullantıların idarə olunması sektorunun müdiri Mehman Nəbiyev deyib.
O bildirib ki, yaxın günlərdə bu məsələlərə baxılacaq:
"Kənd yerlərində məişət tullantılarının idarə olunması ilə bağlı məsələlər hələ ki, geri qalır" - deyə o qeyd edib.