Turizm sənayesinin nə vaxt tam bərpa olunacağı açıqlanıb

Azərbaycanda turizm

© APA | Azərbaycanda turizm

# 23 aprel 2022 12:15 (UTC +04:00)

"Hazırda turizm sənayesi pandemiyadan əvvəlki rəqəmlərin təxminən 40%-ni qaytara bilib".

Bu barədə APA-nın sorğusuna cavab olaraq Dövlət Turizm Agentliyindən xəbər verilib.

Bildirilib ki, pandemiya səbəbindən ölkələrarası səfərlərdə müəyyən məhdudiyyətlər davam etdiyindən tam bərpaya yaxın 2 il ərzində nail olunacağı gözlənilir.

Qeyd edək ki, 2022-ci ilin yanvar-mart aylarında ölkəyə 246 277 xarici vətəndaş səfər edib. Ötən ilin eyni dövrü ilə müqayisədə 110% artım qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR