Türkiyə Azərbaycana modul tipli xəstəxanalar üçün tibbi avadanlıq ianə edilib

Türkiyə Azərbaycana modul tipli xəstəxanalar üçün tibbi avadanlıq ianə edilib
# 17 mart 2023 11:26 (UTC +04:00)

Azad olunmuş ərazilərdə qurulması nəzərdə tutulan 2 modul tipli xəstəxana üçün 800 min ABŞ dollar dəyərində tibbi avadanlıq və digər əsaslı vəsaitlər Türkiyə Respublikası tərəfindən ölkəmizə ianə edilib.

APA xəbər verir ki, bu, “Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabat”da əksini tapıb.

Sənəddə qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” 2020-ci 29 oktyabr tarixli 1170 nömrəli Fərmanının icrası istiqamətində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən işğaldan azad olunmuş ərazilərdə təxirəsalınmaz tibbi yardımın göstərilməsi və digər səhiyyə xidmətlərinin təşkili məqsədilə 2022-ci ildə Zəngilan rayonunun Ağalı kəndində, Xocavənd rayonunun Hadrut qəsəbəsində, Cəbrayıl şəhərində Ailə Sağlamlıq Mərkəzlərinin (ASM) yaradılması və tibbi avadanlıq, dərman vasitələri və kadrlarla təmin edilməsi həyata keçirilib.

İşğaldan azad edilmiş ərazilərdə 81 kənd, 8 qəsəbə və 8 şəhərdə ASM-lərin yaradılması barədə təkliflər bir daha dəqiqləşdirilib. Yeni tikiləcək ASM və tibb məntəqələrinin eskiz layihələri hazırlanaraq aidiyyəti üzrə təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR