Türkiyə ilə Azərbaycan arasında Fəaliyyət Planı imzalanıb - FOTO

Türkiyə ilə Azərbaycan arasında Fəaliyyət Planı imzalanıb  - FOTO
# 04 noyabr 2022 13:52 (UTC +04:00)

Türkiyə ilə Azərbaycan arasında ailə, qadın və uşaq məsələləri üzrə siyasət sahəsində 2023-2025-ci illər üçün Fəaliyyət Planı imzalanıb.

APA-nın İstanbul müxbiri xəbər verir ki, imzalanma mərasimi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın İstanbula səfəri çərçivəsində baş tutub.

Türkiyə və Azərbaycanın birgə hazırladığı Fəaliyyət Planında ailə, qadın və uşaqlarla bağlı birgə fəaliyyətlərin həyata keçirilməsi üçün tematik işçi qrupların təşkil ediləcəyi, Türk dövlətlərində ailə dəyərlərinin təbliği, dəstəklənməsi və daha da gücləndirilməsi məqsədilə “Türk Dünyası Ailə Festivalı”nın keçiriləcəyi və digər birgə fəaliyyətlərinin həyata keçiriləcəyi nəzərdə tutulur.

Türkiyənin ailə və sosial xidmətlər naziri Dərya Yanık Azərbaycan və Türkiyə münasibətlərinin dərinləşdiyini, burada iki ölkə başçısının xüsüsi rolunun olduğunu vurğulayıb.

Bahar Muradova deyib ki, iki ölkə, xüsusi ilə də adiyyatı qurumlar, bütün görülən işlərdə bir-birinin yanında olmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR