Türkiyə ilə peşə təhsili sahəsində 6 ixtisas üzrə əməkdaşlıq nəzərdə tutulub

Türkiyə ilə peşə təhsili sahəsində 6 ixtisas üzrə əməkdaşlıq nəzərdə tutulub
# 01 avqust 2022 11:53 (UTC +04:00)

Türkiyə ilə Azərbaycan arasında peşə təhsili istiqamətində əməkdaşlığa dair saziş imzalanıb. Bakı və Qəbələdəki peşə təhsili müəssisəsində 6 ixtisas üzrə əməkdaşlıq nəzərdə tutulub.

APA xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor vəzifəsini icra edən Ceyhun Kərəmov deyib.

O bildirib ki, əməkdaşlıq Qəbələdə turizm və xidmət sahələri, Bakıdakı təhsil müəssisində isə tekstil və İT üzrə olacaq.

"Bu müəssisələrin tədris proqramında Türkiyə təcrübəsi nəzərə alınacaq. Eyni zamanda, bu məktəblərin qurulması və idarə olunmasında türkiyəli müəllimlər iştirak edəcək. Qəbul 2023-2024-cü tədris ilində aparılacaq, Azərbaycan və Türkiyə vətəndaşlarına açıq olacaq. Bakıdakı peşə təhsili üçün yeni tədris binası tikilir, növbəti ilə qədər yeni emalatxananın tikilməsi də planlaşdırılır. Qəbələdə isə infrastruktur yenilikləri aparılır. Bu müəssisələrin maddi-texniki baza təminatını Türkiyə, binaların tikilməsi xərclərini isə Azərbaycan hökuməti üzərinə götürüb", - o qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR