KİV: Türkiyə-İsveç-NATO üçtərəfli görüşü keçiriləcək

KİV: Türkiyə-İsveç-NATO üçtərəfli görüşü keçiriləcək
# 06 iyun 2023 13:54 (UTC +04:00)

İyunun 12-də Türkiyə-İsveç-NATO üçtərəfli görüşü keçiriləcək.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə “Sabah” qəzeti məlumat yayıb.

Qeyd olunub ki, görüş zamanı İsveçin NATO-ya üzv olmaq üçün imzaladığı memoranduma dair irəliləyişə nail olub-olmaması məsələsi müzakirə olunacaq.

Türkiyə İsveçin üzvlük üçün Madriddə imzalanan üçtərəfli memorandumdakı maddələrin yerinə yetirilməli olduğunu bildirir. Konstitusiya dəyişikliyi və 1 iyundan terrorla mübarizədə yeni qanunun qüvvəyə minməsini müsbət qiymətləndirilsə də, praktikada nələrin baş verəcəyini izləmək lazım olduğu vurğulanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR