Türkiyə nümayəndə heyəti Füzuliyə səfər edib - FOTO - YENİLƏNİB

Türkiyə nümayəndə heyəti Füzuliyə səfər edib  - FOTO   - YENİLƏNİB
# 07 noyabr 2022 16:39 (UTC +04:00)

Türkiyənin Azərbaycandakı səfiri, Türkiyə Çorum Bələdiyyəsinin sədri və nümayəndə heyətinin Füzuliyə səfəri davam edir.

APA-nın yerli bürosu xəbər verir ki, qonaqları Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov müşaiət edir. Səfər zamanı qonaqlar Füzulidə erməni vəhşiliyi nəticəsində törədilən dağıntılara, yerlə-yeksən edilən yurd yerlərinə baxış keçiriblər.

Qonaqlar həmçinin Merdinli məscidinin dağıntıları ilə tanış olublar. Onlara məlumat verilib ki, işğal zamanı ermənilər digər dini abidələr kimi Merdinli məscidini də heyvanların saxlanc yeri üçün istifadə edib. Daha sonra qonaqlar Köndələnçay Su anbarına gediblər. Ermənilərin törətdiyi ekoloji terror barədə türkiyəli qonaqlara məlumat verilib. Daha sonra qonaqlar Füzuli şəhərinin mərkəzində olublar. Burada onlara yerlə-yeksan edilən şəhər barədə məlumat verilib. Həmçinin azad olunan ərazilərdə yerinə yetirilən tikinti-quruculuq işləri ilə tanışlıq olub.

***

16:01

Türkiyə nümayəndə heyəti işğaldan azad olunmuş Füzuli rayonuna səfər edib.

APA-nın yerli bürosu xəbər verir ki, onlar Füzulinin azad olunması uğurunda gedən döyüşlərdə Qaraxanbəyli kəndi yaxınlığında ilk Azərbaycan əsgərlərinin şəhid olduğu yerdə ucaldılan abidəni ziyarət ediblər. Abidə önünə gül dəstəsi qoyulub, şəhidlərin ruhuna dualar oxunub.

Nümayəndə heyəti Qaraxanbəyli kəndində işğalı zaman ermənilər tərəfindən dağıdılmış kənd və kənd məzarlığı ilə tanış olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR