Türkiyədə daha 141 koronavirus xəstəsi vəfat edib

Türkiyədə daha 141 koronavirus xəstəsi vəfat edib
# 10 yanvar 2022 22:05 (UTC +04:00)

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 141 nəfər ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində paylaşdığı məlumatda bildirib.
Nazirin yeni növ koronavirusla bağlı yayımladığı bugünkü cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 403 min 104 nəfərin test edildiyi, 65 min 236 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 38 min 242 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR