Türkiyədə müalicə alan qazi Azərbaycana qayıdıb

Türkiyədə müalicə alan qazi Azərbaycana qayıdıb
# 18 mart 2023 16:04 (UTC +04:00)

Türkiyədə müalicə alan qazimiz Vahid İmanlı Taleh oğlu Vətənə geri qayıdıb.

Bu barədə APA-ya “YAŞAT” Fondundan bildirilib.

Qeyd edilib ki, Vahid İmanlı 2 il müddətində Türkiyədə müalicə alıb. "YAŞAT" Fondu tərəfindən müalicə xərcləri qarşılanıb.

Xatırladaq ki, bu günə qədər 178 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 176-nın müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR