Türkiyədə şagirdləri daşıyan avtobus qəzaya düşüb, 17 nəfər yaralanıb

Türkiyədə şagirdləri daşıyan avtobus qəzaya düşüb, 17 nəfər yaralanıb
# 09 iyun 2023 01:59 (UTC +04:00)

Türkiyədə ağır yol qəzası olub.

APA xəbər verir ki, bu barədə NTV məlumat yayıb.

Sulakyurt vilayətində, avtomobilin qabaq təkərinin yerindən çıxması nəticəsində nəqliyyat vasitəsi idarəetmədən çıxıb.

Bundan sonra maşın şagirdləri daşıyan orta məktəb avtobusuna çırpılıb.

Qəzada 14-ü şagird olmaqla 17 nəfər yaralanıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR