Türkiyədə zəlzələdən zərər görənlər üçün yardım kampaniyası Bakıda iki ünvanda təşkil edilib

Türkiyədə zəlzələdən zərər görənlər üçün yardım kampaniyası Bakıda iki ünvanda təşkil edilib
# 08 fevral 2023 14:59 (UTC +04:00)

Bakıda Türkiyədə zəlzələdən zərər görənlər üçün təşkil edilən yardım kampaniyası davam edir.

APA xəbər verir ki, yardım kampaniyası Türkiyənin Azərbaycandakı səfirliyi və Heydər Əliyev Fondu tərəfindən təşkil edilir.

Türkiyənin Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunan yardım kampaniyası Tbilisi prospektindəki Avropa hotelin yanında, Heydər Əliyev adına İdman Kompleksində qəbul olunur.

Heydər Əliyev Fondu tərəfindən təşkil edilən yardım kampaniyası isə “Dəniz Mall”ın yanında Əl Oyunları Sarayında keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR