Türkiyəli alim: Zəlzələnin öncədən müəyyən edilməsi istiqamətində tədqiqatlar aparılır

Türkiyəli alim: Zəlzələnin öncədən müəyyən edilməsi istiqamətində tədqiqatlar aparılır
# 06 iyun 2023 10:06 (UTC +04:00)

Yaxın gələcəkdə zəlzələnin öncədən müəyyən edilə biləcəyinə inanıram, bu istiqamətdə tədqiqatlar aparırıq.

APA xəbər verir ki, bunu “Seysmologiya və mühəndis seysmologiyası” mövzusunda VII beynəlxalq konfrans çərçivəsində ölkəmizdə səfərdə olan Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) rəhbəri, professor Hasan Mandal deyib.

O bildirib ki, TÜBİTAK-ın Marmara Araşdırma Mərkəzinin nəzdində Yer və Dəniz Elmləri İnstitutu fəaliyyət göstərir, zəlzəyə dair tədqiqatlar aparırlar: “Elmin, texnikanın bu qədər inkişaf etdiyi bir vaxtda yaxın gələcəkdə zəlzələlərin öncədən müəyyən edilə biləcəyinə inanıram. Hazırda bu istiqamətdə yapon alimlərlə birgə tədqiqatlar aparırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR