Türkiyəli jurnalist: "Ermənilər terror aktları ilə məğlubiyyətlərinin heyfini çıxmaq istəyiblər"

Türkiyəli jurnalist: "Ermənilər terror aktları ilə məğlubiyyətlərinin heyfini çıxmaq istəyiblər"
# 30 avqust 2022 10:55 (UTC +04:00)

“Biz Gəncədə Ermənistanın törətdiyi terrorun izləri ilə tanış olanda müharibənin sadəcə, Qarabağda deyil, eyni zamanda, müharibə zonasına aid olmayan ərazilərdə də baş verdiyini gördük. Gecənin birində Ermənistan ordusu mülki insanlara, azərbaycanlı qardaş və bacılarımıza qarşı terror törədib. Biz burada terrorun izlərini gözümüzlə gördük. Bu, sadəcə, onların raket hücumlarının izlərindən biridir. Onlar mülki əhaliyə qarşı fərqli-fərqli vaxtlarda bu cür hücumlar ediblər.

APA xəbər verir ki, bunu TRT-nin BMT-də akkreditasiya olunmuş əməkdaşı Muttelip Erdoğan Gəncədə jurnalistlərə açıqlamasında deyib.

Jurnalist bildirib ki, ermənilərin məqsədi terror aktları törətməklə insanları daim qorxu altında saxlamaq olub: “Onlar həm də müharibə meydanında məğlubiyyətlərinin heyfini çıxmaq istəyiblər. Bütün bunlar qəti şəkildə qəbuledilməzdir. Bizimlə bura gələn jurnalistlərdən ikisi fələstinlidir. Onlar da faciənin izlərini gözləri ilə görüb heç də təəccüb keçirmədilər, əksinə o ağrını daha da dərindən hiss etdilər. Eləcə də biz bu faciənin izlərini görüb, dərk etdik. Ermənilərin azərbaycanlı qardaş-bacılarımıza qarşı törətdikləri zülmü və vəhşiliyi dünya ictimaiyyətinə doğru-düzgün şəkildə çatdıracağıq”.

Nihat Pir

Fuad Nazimoğlu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR