Türkiyəli mütəxəssis: "İki ilə yaxın dövrdə 2200-dən çox qaziyə və şəhid ailəsi üzvünə psixoloji yardım edilib"

Selçuk Demirtaş

© APA | Selçuk Demirtaş

# 20 sentyabr 2022 11:51 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) dəvəti ilə Türkiyədən Azərbaycana gələn psixoloqlar tərəfindən iki ilə yaxın müddətdə 2200-dən artıq qaziyə və şəhid ailəsi üzvünə psixoloji yardım göstərib.

APA xəbər verir ki, bunu Türkiyədən gələn 20 nəfərlik psixoloq heyətinin rəhbəri Selçuk Demirtaş deyib. O, göstərilən psixoloji yardımların olduqca yaxşı nəticələr verdiyini açıqlayıb: "Müharibədən sonra 2021-ci ilin yanvar ayında 25 nəfərlik heyətlə Bakıya gəldik. Bu müddətdə Bakı, Gəncə, Sumqayıt, Lənkəran və Qəbələdə qazilər və şəhid ailəsi üzvlərinə psixoloji terapiya apardıq. Pasientlərdə müharibədən aldıqları travmalarla bağlı müxtəlif növ simptomlar müşahidə olunurdu. Simptomların çoxunu isə yuxusuzluq, baş ağrıları, diksinərək yuxudan oyanma, aqressivlik, özünə və yaxınlarına zərər verici davranışlar təşkil edir. Birinci müayinədən sonra yoxlanışa gələn pasientlərdə simptomların çoxunun keçdiyini müşahidə etdik. Praktika müraciət edən pasientlərdə bir-iki seansdan sonra yuxusuzluğun düzəldiyini, baş ağrılarının keçdiyini göstərir".

Selçuk Demirtaş hazırkı seansların 6 ay nəzərdə tutulduğunu, lakin müraciət olarsa, müddətin uzadıla biləcəyini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR