“TURKOVAC”ın Azərbaycanda 3-cü faza klinik sınaqlarına müsbət rəy verilib

Teymur Musayev

© APA | Teymur Musayev

# 28 dekabr 2021 17:32 (UTC +04:00)

Qardaş Türkiyənin “TURKOVAC” peyvəndi ilə bağlı rəsmi sənədləşmə artıq bitib və Azərbaycana təqdim olunub.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri vəzifəsini icra edən Teymur Musayev deyib.

O qeyd edib ki, “TURKOVAC”ın Azərbaycanda 3-cü faza klinik sınaqlarına müsbət rəy verilib: “Hazırda Türkiyədən İşçi qrupun gəlməsi gözlənilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR