TÜRKPA-nın iclasında yeni qanun layihəsi qəbul edilib

TÜRKPA-nın iclasında yeni qanun layihəsi qəbul edilib
# 22 aprel 2022 12:30 (UTC +04:00)

TÜRKPA-nın Sosial, mədəni və humanitar məsələlər komissiyasının Bakıda keçirilən iclasında yeni qanun layihəsi qəbul edilib.

APA xəbər verir ki, iclasın gündəliyinə “Sosial sahibkarlığın inkişafı haqqında” model qanun layihəsi qəbulu daxil edilib. Qanun layihəsi haqqında komissiyanın üzvü, Qazaxıstan Parlamenti Məclisinin üzvü Ləzzət Ramazanova məlumat verib.

O qeyd edib ki, bu qanun təşkilata üzv olan ölkələr arasında əlaqələrin inkişafına töhfə verəcək.

Müzakirələrdən sonra qanun layihəsinin TÜRKPA-nın plenar iclasına təqdim edilməsi qərara alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR