Tütündən istifadə prosesinə dair maddənin "Media haqqında” qanun layihəsindən çıxarılması təklif edilir

Musa Quliyev, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri

© APA | Musa Quliyev, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri

# 20 dekabr 2021 16:21 (UTC +04:00)

“Qanun layihəsində 39-cu maddədə audiovizual yayımçının vəzifələri göstərilib. Bu sırada 39.1.2-ci maddə də yer alır. Bu maddəyə əsasən, tütün istifadəsi prosesinin açıq nümayiş etdirildiyi proqramlarda tütündən istifadənin sağlamlığa və ətraf mühitə zərərli təsiri barədə xüsusi xəbərdaredici məlumatların verilməsini təmin etmək audiovizual yayımçının vəzifəsidir”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Media haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Deputat bildirib ki, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunda tütün məhsullarının görüntüsünü yaymaq televiziyalarda da, tamaşalarda da qadağan olunur: “Media haqqında” qanunda bu maddənin olması yersizdir. Ona görə bu maddə ya çıxarılmalıdır, əgər çıxarılmayacaqsa, bilsinlər ki, bu bizim qəbul etdiyimiz qanunla ziddiyyət təşkil edir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR