ÜDSY almaq üçün elektron platforma sadələşdiriləcək

ÜDSY almaq üçün elektron platforma sadələşdiriləcək
# 22 iyul 2022 13:08 (UTC +04:00)

Ünvanlı dövlət sosial yardımı (ÜDSY) almaq üçün elektron platformanın yenilənməsi, sadələşdirilməsi və ÜDSY almaq üçün şərtlərin optimallaşdırılması istiqamətində tədbirlər görüləcək.

APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “20222026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planı”nda əksini tapıb.

Sənəddə bildirilib ki, planın əsas icraçısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, aidiyyəti qurumlar isə İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyidir.

Hər il ailələrin ünvanlı dövlət sosial yardım hüququnu müəyyənləşdirmək üçün elektron informasiya sistemi təkmilləşdiriləcək. 2023-cü ildə VEMTAS proqramının yeni versiyası tətbiq ediləcək.

2024-cü ildə ev təsərrüfatları kitablarının elektronlaşdırılması, 3 iqtisadi rayon üzrə yekunlaşdırılaraq proaktiv təyinatın test edilməsi, 2025-ci ildə əhalinin gəlirlərinin daha təkmil bəyan edilməsi mexanizminin formalaşdırılması nəzərdə tutulub.

2026-cı ildə əhalinin gəlirlərinin daha təkmil bəyan edilməsi mexanizmi formalaşdırıldıqdan sonra ÜDSY-nin təyin olunması mexanizminin gəlirlərin bəyan olunması mexanizminə uyğunlaşdırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR