Uelsli səyyah: "Azad edilən ərazilərdə böyük dağıntılar gördük"

Uelsli səyyah: "Azad edilən ərazilərdə böyük dağıntılar gördük"
# 04 fevral 2023 13:33 (UTC +04:00)

“Təəssüflə qeyd edim ki, azad edilən ərazilərdə böyük dağıntılar gördük. Bütün evlər yerlə bir edilib, lakin yenidən burada tikinti və bərpa işlərinin aparıldığının şahidi oldum”.

APA xəbər verir ki, bunu bu gün azad edilmiş ərazilərə səfər edən Uelsdən olan səyyah Amanda Deyvis deyib.

O, ilk dəfədir Azərbaycana gəldiyini vurğulayıb: “Modern üslubda tikilən Füzuli Beynəlxalq Hava Limanında olduq. Gördüklərimdən valeh oldum.

İnsanlar gələcəyə nikbin baxmalıdır. Regionun təbiəti möhtəşəmdir. Ümid edirəm ki, insanlar yenidən bu torpaqlarda yaşayacaqlar. Azıx mağarası insana çox sirli və mistik təsir bağışlayır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR