Ukraynada həlak olan azərbaycanlının nəşi bu gün Vətənə gətiriləcək

Ukraynada həlak olan azərbaycanlının nəşi bu gün Vətənə gətiriləcək
# 22 aprel 2022 12:18 (UTC +04:00)

Ukraynada həlak olan azərbaycanlının nəşi bu gün ölkəyə gətiriləcək.

APA-nın xəbərinə görə, Samux rayonunun Sərkar kənd sakini, 1977-ci il təvəllüdlü Məmmədov İlqar Girman oğlu Ukraynanın Mariupol şəhərində həlak olub. Samux rayon İcra Hakimiyyətindən APA-nın yerli bürosuna bildirilib ki, İlqar Məmmədov martın 17-də Ukraynanın Mariupol şəhərində yaralıları digər sığınacağa evakuasiya edən zaman, əraziyə bomba düşməsi nəticəsində ağır qəlpə yarası alıb. O, elə hadisə yerində dünyasını dəyişib. Mərhum öncə Mariupolda dəfn edilib. Sonradan onun dəfn yeri müəyyən olunub. Onun ailə üzvlərinin də uzun zaman mühasirədə qaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR