Ülvi Mehdiyev: "Asan Xidmət" layihəsi Azərbaycan brendinə çevirilib

Ülvi Mehdiyev: "Asan Xidmət" layihəsi Azərbaycan brendinə çevirilib
# 03 iyun 2023 11:54 (UTC +04:00)

"Bu gün "Asan Xidmət" layihəsi Azərbaycan brendinə çevirilib".

APA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Bakıda “ASAN xidmət”in təşkilatçılığı ilə keçirilən İnsan Resursları və İdarəetmə Forumunda deyib.

O bildirib ki, artıq ASAN Xidmət brendi 17 ölkəyə ixrac olunur.

"10 il əvvəl "Asan Xidmət" layihəsi reallaşanda əsas məqsədimiz sadə, şəfaf formada vətəndaş məmnuniyyətini təmin etmək idi. Bu gün Asan Xidmət uğur qazana bilibsə, bu, vətəndaş və əməkdaş münasibətlərinin düzgün formada qurulması ilə bağlıdır. Əməkdaş daim özünü inkişaf etdirməyə təşviq edilirsə, artıq bu zaman əməkdaş məmnuniyyəti yaranır. İşçinin məmnunluğu təmin edildikdə isə onlar da çalışdığı təşkilata fayda vermiş olur. Bu cür bir sistem qurulduqda sahənin insanları bu işə can atırlar. ASAN Xidmətdə komanda işinə nail olunubsa, bu, insan resursları işinin düzgün qurulması ilə birbaşa olaraq bağlıdır. Yarandığı gündən ASAN Xidmətdə bir təlim instututu formalaşıb. Bu təlimlər olmadan heç bir işçi bizdə fəaliyyətə başlaya bilməz. İşçilərin bacarıqlarının artırılması və inkişafı bizim prioritet məsələlərimizdən biridir. Bu isə birbaşa olaraq bizim təşkilatın inkişafı deməkdir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR