UNEC-də rəqəmsal iqtisadiyyata dair beynəlxalq konfrans keçiriləcək

UNEC-də rəqəmsal iqtisadiyyata dair beynəlxalq konfrans keçiriləcək
# 27 aprel 2022 10:42 (UTC +04:00)

Aprelin 28-də UNEC-də “Rəqəmsal İqtisadiyyat: Müasir Çağırışlar və Real İmkanlar” adlı II beynəlxalq konfrans keçiriləcək.

Universitetdən APA-ya verilən xəbərə görə, konfrans Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, UNEC və digər nüfuzlu qurumların birgə təşkilatçılığı ilə “Fairmont Baku” otelində baş tutacaq.

Konfransın açılışında rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, təhsil naziri Emin Əmrullayev, UNEC rektoru professor Ədalət Muradov, Milli Məclisin komitə sədri Tahir Mirkişili, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Tamerlan Tağıyev çıxış edəcəklər.

Aparıcı dövlət və özəl qurumları bir araya gətirəcək konfransda qlobal iqtisadi artımın qarşısında duran əsas problemlər, yüksək texnologiyalar yönümlü istehsal ekosistemi, iqtisadiyyatın rəqəmsal transformasiyası, yaşıl iqtisadiyyat və davamlı inkişaf, post-pandemiya dövrünün iqtisadi çağırışları, pandemiya sonrası biznes transformasiyası və Azərbaycan iqtisadiyyatının keçmişinə və gələcəyinə baxış, Qarabağ iqtisadiyyatının bərpası və inkişafı prosesində rəqəmsal texnologiyalardan istifadə imkanları və prioritetləri kimi əsas mövzular müzakirə olunacaq.

Konfrans aprelin 29-na kimi davam edəcək.

Konfransın saytına daxil olmaq üçün http://de-conf.unec.edu.az linkinə keçid etmək mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR