UNEC-in Qarabağ və Şərqi Zəngəzurun inkişafı barədə 3 kitabı beynəlxalq sərgidə təqdim olunub

UNEC-in Qarabağ və Şərqi Zəngəzurun inkişafı barədə 3 kitabı beynəlxalq sərgidə təqdim olunub
# 07 oktyabr 2022 10:29 (UTC +04:00)

Bakı VIII Beynəlxalq Kitab Sərgisi çərçivəsində Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən işğaldan azad edilmiş ərazilərin dirçəldilməsinə həsr edilmiş 3 kitabın təqdimat mərasimi keçirilib.

UNEC-dən APA-ya verilən xəbərə görə, tədbirdə çıxış edən UNEC Kitabxana İnformasiya Mərkəzinin direktoru Adilə Abdullayeva işğaldan azad edilən torpaqların dirçəlişinə həsr olunan kitabların təqdimatının məhz beynəlxalq tədbir çərçivəsində reallaşdırılmasının xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. O, təqdim olunan “Qarabağ və Şərqi Zəngəzurun iqtisadi inkişafında investisiyaların rolu”, “Qarabağda biznes mühiti, kiçik və orta biznesin inkişafı”, “Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialının sektoral qiymətləndirilməsi” adlı kitabların iş adamları, sahibkarlar və digər kommersiya subyektləri üçün də yol xəritəsinə çevriləcəyini diqqətə çatdırıb.

Sonra layihənin rəhbəri, UNEC-in Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru dos. Fariz Əhmədov, direktor müavini, dos. Aytən Hüseynli, Kiçik və Orta Biznesin İnkişafı UNEC Tədqiqat Mərkəzinin direktoru Cəbrayıl Vəliyev, dos. Kəmalə Nəcəfova çıxış edərək, kitablarda əksini tapan elmi araşdırma nəticələrinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının milli iqtisadiyyata reinteqrasiyası baxımından aktuallığından danışıblar.

Çıxışlardan sonra mövzu ətrafında müzakirələr aparılıb və təqdimatda iştirak edən qonaqlara kitablar hədiyyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR