UNEC-in rektoru: Əcnəbi tələbə qəbulu ilə bağlı say beynəlxalq standartların altındadır

UNEC-in rektoru: Əcnəbi tələbə qəbulu ilə bağlı say beynəlxalq standartların altındadır
# 25 yanvar 2023 15:53 (UTC +04:00)

Azərbaycan Dövlət İqtisad Universitetinin əsas hədəfi 2030-cu ilə qədər dünyanın ən yaxşı 500 universiteti sırasına daxil olmaqdır.

APA xəbər verir ki, bunu Azərbaycan Dövlət İqtisad Unuversitetinin (UNEC) rektoru Ədalət Muradov hesabat tədbirində çıxışı zamanı deyib.

O bildirib ki, MBİ üzrə thsil almaq istyənlərin 46 faizi UNEC-i seçir:

"Əcnəbi tələbələrlə bağlı qürurlana biləcəyimiz bir inkişaf yoxdur. 2022-ci ildə Universitetə 316 əcnəbi tələbə qəbul edilib. 2014-cü ildə bu rəqəm 264 olsa da, say hələ də beynəlxalq standartların altındadır. Standartlara görə, əcnəbi tələbə sayı ümumi tələbələrin 5 faizindən az olmamalıdır. Bizim yataqxana problemimiz var. Lakin bu istiqamətdə ciddi proqramlarımız var və düşünürəm ki, bu sahədə də irəliləyiş əldə edəcəyik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR