"UNEC Startup Cup" yarışının qalibi 20 min manat mükafat qazandı!

"UNEC Startup Cup" yarışının qalibi 20 min manat mükafat qazandı!
# 30 may 2023 14:38 (UTC +04:00)

Azərbaycan Dövlət İqtisad Universitetinin təşkilatçılığı ilə "UNEC Startup Cup" yarışının final mərhələsi keçirilib.

APA xəbər verir ki, Bakı Biznes Mərkəzində təşkil olunan yarışda tələbə və gənclərdən ibarət 6 komandanın startapı təqdim olunub.

Tədbirin açılışında çıxış edən rəqəmsallaşma üzrə prorektor dos.Raqif Qasımov startap hərəkatının genişləndirilməsinin UNEC-in İnkişaf Strategiyasının hədəfələrindən olduğunu qeyd edib. UNEC-in Startap Mərkəzinin fəaliyyəti, reallaşdırılan startap layihələri barədə də məlumat verən prprektor UNEC-də startapla bağlı davamlı təlimlərin keçirildiyini, gələcəkdə bu sahə üzrə fənnin tədrisinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz startap hərəkatında UNEC-in xüsusi yerinin olduğunu vurğulayaraq, universitetin strategiyasında ekosistem və innovasiyaya böyük diqqət yetirildiyini bildirib. Ölkədə startaplarla bağlı həyata keçirilən yeniliklərdən söz açan Osman Gündüz, indiyədək 94 startapa şəhadətnamənin verildiyini vurğulayıb. O, gənclərin startapa marağının getdikcə artdığını yüksək qiymətləndirərək, bu ideyaların ölkə ekosisteminə mühüm töhfələr qazandıracağından əminliyini ifadə edib.

UNEC Biznes Mərkəzinin rəhbəri Mübariz Şahbazlı universitetin startap təcrübəsindən və bu istiqamətdə aparılan yeniliklərdən danışıb. Startap inkubatorda İsrail təcrübəsinin tətbiqindən, ölkənin və dünyanın aparıcı şirkətləri ilə əməkdaşlıqdan söz açan M.Şahbazlı yarışa müraciət edən 47 komandadan 6-sının finala vəsiqə qazandığını bildirib və komandalara yarışda uğurlar arzulayıb.

Sonra finalda iştirak edən “4You”, “Documood”, Cagir.az, SchoolPlus MMC , Monyo.az, “Digital Expo Center” komandaları təqdimatlarla çıxış ediblər.

Təqdimatlardan sonra yerli və xarici ekspertlərin təmsil olunduqları münsiflər heyətinin sualları cavablandırılıb və startapların dəyərləndirilməsi aparılıb. Münsiflər heyətinin qərarına əsasən, “Documood” komandası yarışın qalibi olub. Komandanın startap layihəsi sənəd və müqavilələri qanuni olaraq yaratmaq, eləcə də imzalamağa imkan yaradan bulud platformasından ibarətdir. Qalib komanda 20.000 manat mükafat və kubok qazanıb.

Digər iştirakçılara isə sertifikatlar və təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR