UNEC tələbələri АССА imtahanlarında ölkə birincisi olublar

UNEC tələbələri АССА imtahanlarında ölkə birincisi olublar
# 02 fevral 2023 17:38 (UTC +04:00)

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri АССА (İxtisaslaşmış Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası) imtahanında müxtəlif kateqoriyalar üzrə ölkə birincisi olublar.

UNEC-dən APA-ya verilən xəbərə görə, Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) maliyyə ixtisası üzrə 4-cü kurs tələbəsi Fərid Əliyev ACCA imtahanında “Taxation”(vergitutma) üzrə Azərbaycanda ən yüksək nəticəni əldə etməklə, “Placewinner” mükafatına layiq görülüb. F.Əliyev ümumilikdə “ACCA Member” statusu üçün tələb olunan 13 sertifikatdan 7-nə malikdir.

Hazırda dünyanın ən nəhəng “Böyük Dördlük” şirkətlərindən olan “Ernst&Young”da audit üzrə mütəxəssis vəzifəsində çalışır.

Beynəlxalq İqtisadiyyat Mətkəbinin (ISE) maliyyə ixtisası üzrə 4-cü kurs tələbəsi Anar Abbasov isə ACCA imtahanında “Strategic Business Reporting” (Strateji Biznes Hesabatı) üzrə 5-ci dəfə ölkə birincisi və dünya dördüncüsü olub. Anar Abbasov hazırda Böyük Dördlüyün konsaltinq şirkətlərindən olan “Deloitte”də maliyyə məsləhətçisi vəzifəsində çalışır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR