UNEC tələbələri üçün Unibroad təhsil portalının təqdimatı keçirilib

UNEC tələbələri üçün Unibroad təhsil portalının təqdimatı keçirilib
# 29 aprel 2022 16:08 (UTC +04:00)

UNEC-də Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə xaricdə təhsil barədə təqdimat keçirilib.

UNEC-dən APA-ya verilən xəbərə görə, İsveçrənin Amerika Universitetinin nümayəndəsi Aleksandros Katsidonis və Unibroad təhsil portalının rəhbəri İradə Həsənova tələbələrə xaricdə təhsil barədə geniş təqdimatla çıxış ediblər.

Təqdimatda unibroad təhsil portalının gənclərin xaricdə təhsil ala bilmələri üçün yaratdığı imkanlar, eləcə də ABŞ, Avropa, Asiyanın aparıcı ali təhsil müəssisələrində bakalavr və magistr təhsili, qəbul qaydaları, yaşam şəraiti barədə ətraflı məlumat verilib. Həmçinin tələbələrin xaricdə təhsillə bağlı sualları cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR