UNEC tələbəsi ACCA üzrə ölkə birincisi, dünyada isə 11-ci olub

UNEC tələbəsi ACCA üzrə ölkə birincisi, dünyada isə 11-ci olub
# 26 iyul 2022 11:22 (UTC +04:00)

UNEC-in tələbəsi Natiq Cəfərov ACCA-in Performance Management imtahanından ən yüksək nəticə toplayaraq, Azərbaycan üzrə ölkə birincisi, dünya üzrə isə 11-ci olub.

Bu barədə APA-ya UNEC-dən bildirilib.

Qeyd olunub ki, Beynəlxalq İqtisadiyyat Məktəbində (İSE) “Maliyyə” ixtisası üzrə təhsil alan Natiq Cəfərov hazırda PwC şirkətində audit vəzifəsində çalışır.

Xatırladaq ki, ACCA (The Association of Chartered Certified Accountants — İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiyasiyası) – maliyyə, mühasibat uçotu və audit sahəsində peşəkar mütəxəssislərin qlobal birliyidir. ACCA imtahanları dünyanın aparıcı beynəlxalq şirkətlərı tərəfindən tanınır və işə qəbul zamanı yüksək qiymətləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR