UNİCEF mina təhlükəsi ilə bağlı 100 mindən çox insana təlimlər keçib

Aleks Heykens

© APA | Aleks Heykens

# 05 sentyabr 2022 12:06 (UTC +04:00)

UNİCEF tərəfindən Azərbaycanda mina təhlükəsi ilə bağlı 100 mindən çox insana təlimlər keçirilib, 20 min uşaqla maarifləndirici söhbət aparılıb.

APA xəbər verir ki, bunu ANAMA-nın yeni loqosunun təqdimat mərasimində UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Aleks Heykens deyib.

O bildirib ki, bu sahədə bilik və bacarığa böyük ehtiyac var: "Mina təhlükəsi ilə bağlı maarifləndirici tədbirləri genişləndirmək lazımdır. Peşəkar şəxslərin yetişdirilməsi işləri aparılmalıdır. Qeyri-standart hallar tapıb icad eləməliyik ki, insanlara xeyrimiz dəysin. Kommunikasiya işlərində ardıcıllıq olmalıdır. Mina və partladılmamış sursatların bağlı təhlükə məcburi köçkünlər öz evlərinə qayıtdıqca daha da artacaq. Bunun üçün daha çox maarifləndirici tədbirlərə ehtiyac var".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR