Universitetlər üçün strateji fəaliyyət istiqamətləri təqdim ediləcək 

Universitetlər üçün strateji fəaliyyət istiqamətləri təqdim ediləcək 
# 08 sentyabr 2022 10:47 (UTC +04:00)

Hazırda ali təhsil üzrə strateji fəaliyyət istiqamətlərinin hazırlanması üzrə iş aparılır.

APA xəbər verir ki, bunu elm və təhsil nazirinin müşaviri, Təhsilin İnkişafı Fondunun sədri Elnur Nəsibov "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib.

O bildirib ki, sentyabrın 13-də rektorlarla dəyirmi masa keçiriləcək və orada universitetlər üçün hazırlanmış strateji fəaliyyət istiqamətləri təqdim ediləcək.

"Daha sonra orta ixtisas müəssisələri ilə belə dəyirmi masaların təşkili nəzərdə tutulur" - deyə o bildirib.

Elnur Nəsibov onu da qeyd edib ki, ali təhsilin inkişafı üçün xarici partnyorlarla əməkdaşlıq layihələrinə də imkan yaradacaqlar: "Biz də professor çatışmazlığı olan bəzi müasir ixtisaslar üzrə, məsələn, innovativ texnologiyalar, biotibb və s. xaricdən mütəxəssislərin dəvət edilməsinə köməklik göstərəcəyik. Bundan başqa ali təhsil müəssisələrinə sahibkarlıq fəaliyyətləri ilə məşğul ola bilmələri üçün dəstək veriləcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR