Uşaq musiqi məktəblərinə işə qəbul üzrə sınaq imtahanında iştirak üçün qiymət bilinib

Uşaq musiqi məktəblərinə işə qəbul üzrə sınaq imtahanında iştirak üçün qiymət bilinib
# 18 iyun 2022 10:00 (UTC +04:00)

İyulun 17-də uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllim vəzifəsinə işə qəbul olmaq istəyən namizədlər üçün sınaq imtahanı keçiriləcək.

APA xəbər verir ki, namizədlərin sınaq imtahanı üçün qeydiyyatı Dövlət İmtahan Mərkəzinin rəsmi internet saytında 20.06.2022-ci il saat 09:00-dan 07.07.2022-ci il saat 17:00-dək həyata keçiriləcək.

Sınaq imtahanı üçün qeydiyyat xidməti qeyd edilən tarixlərdə aktiv olacaq.

Sınaq imtahanı 17.07.2022-ci il tarixində keçiriləcək.

Namizədlərin sınaq imtahanında iştirak etmələri üçün ödənişin məbləği 40 AZN (ƏDV daxil olmaqla) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR