Uşaqlara cinsi zorakılıqla bağlı cinayətə görə məhkum olunanlar üçün məhdudiyyət müəyyənləşir

Uşaqlara cinsi zorakılıqla bağlı cinayətə görə məhkum olunanlar üçün məhdudiyyət müəyyənləşir
# 29 noyabr 2022 16:41 (UTC +04:00)

Uşaqlarla müntəzəm təmasla əlaqədar işlərin görülməsinə qoyulan məhdudiyyətlər müəyyənləşir.

APA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Əmək Məcəlləsinə əlavə edilən yeni -17-1 maddədə əksini tapıb.

Yeni maddəyə əsasən, uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayətə görə məhkum olunmuş şəxslər uşaqlarla müntəzəm təmasla əlaqədar işə qəbul (təyin) və ya cəlb edilə bilməyəcəklər.

Qanun layihəsi müzakirələrdən sonra birinci oxunuşda qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR