ÜST Azərbaycanın malyariya ilə bağlı proqramını qiymətləndirəcək

ÜST Azərbaycanın malyariya ilə bağlı proqramını qiymətləndirəcək
# 17 may 2022 12:50 (UTC +04:00)

Azərbaycanda malyariya ilə yerli yoluxmanın kəsilməsinin sertifikatlaşdırılması üzrə Ümumdünya Səhiyyə Təşkilatının missiyası öz işinə başlayıb.

ÜST-nin Azərbaycan Nümayəndəliyindən APA-ya verilən xəbərə görə, 5 gün davam edəcək missiyanın məqsədi Azərbaycanda malyariya ilə yerli yoluxmanın kəsilməsinin sertifikatlaşdırılması üçün hazırlanmış sənədləri nəzərdən keçirmək və ehtiyac olarsa, təkmilləşdirilməsi üzrə texniki məsləhətlər vermək, malyariyanın ölkədə yenidən yayılmasının qarşısının alınması üçün mövcud proqramı qiymətləndirmək, o cümlədən əvvəllər malyariyanın endemik olduğu ərazilərə səfərlər etmək, habelə Azərbaycanda sertifikatlaşdırma prosesinin vaxt qrafiki ilə bağlı Səhiyyə Nazirliyi ilə müzakirə və konsensus əldə etməkdir.

Missiya çərçivəsində ÜST-nin əməkdaşları, Qlobal Malyariya Proqramının Eliminasiya şöbəsinin müdiri Elxan Qasımov və həmin şöbənin əməkdaşı Dr Xiao Hong Li ilə səhiyyə nazirinin müavini Nadir Zeynalov və nazirliyin ictimai səhiyyə və sanitariya-epidemioloji nəzarəti şöbəsinin müdiri Nəzifə Mürsəlova, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) strateji inkişaf departamentinin rəhbəri Yaqut Qarayeva arasında işçi görüş keçirilib. Daha sonra mütəxəssislər Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə baş çəkərək sertifikasiya prosesi ilə bağlı müzakirələr aparıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR