ÜST: Məhdudiyyətlər kəskin şəkildə aradan qaldırılsa, yoluxma artar

Hans Kluge

© APA | Hans Kluge

# 27 aprel 2022 13:19 (UTC +04:00)

“COVID-19 əleyhinə vurulan peyvəndlərin mövsümi xarakter alması çox effektiv həll olardı”.

APA xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə regional direktoru Hans Kluge deyib.

Onun sözlərinə görə, bir doza vurulsun və bitsin dərəcəsinə hələ ki, çatmamışıq: “Ümumilikdə baxdıqda isə hadisələrin gedişi yaxşıdır. Lakin mən xahiş edərdim ki, hər kəs öz sağlamlığı üçün peyvənd olunsun. Kimsə artıq peyvənd olunubsa, mütləq gücləndirici doza vurdurmalıdır”.

O, dünən Azərbaycan Prezidenti tərəfindən qəbul edildiyini vurğulayıb: “Orada qeyd etdim ki, burada peyvəndləmə göstəricisi olduqca yaxşıdır. Peyvəndlərin və tibbi ləvazimatların digər dünya ölkələri ilə paylaşılması təqdirəlayiqdir. Buna görə ölkənizə təşəkkür edirəm. Bu qlobal həmrəyliyin möhkəmləndirilməsinə yönəlmiş addımdır”.

Hans Kluge deyib ki, yoluxma göstəriciləri artan ölkələr var: “Əgər məhdudiyyətlər kəskin şəkildə aradan qaldırılsa, əlbəttə ki, yoluxma halları artar, bu, təbiidir. Ancaq xahiş edirəm gəlin neqativ rəqəmlərə fikir verməyək. Burada xüsusən, hospitalizasiya, yəni xəstəxanaya yerləşdirmə, o cümlədən ölüm hallarına baxaq. Məsələn, mən Danimarkada yaşayıram. Orada da yoluxma rəqəmləri artıb, lakin ölüm halları çoxalmır. Bu onu göstərir ki, hər hansı ölkədə əhalinin 90 faizi peyvənd olunarsa, bu ölüm hallarının çoxalmasına imkan vermir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR