ÜST “Meymun çiçəyi”nə 80 yoluxma halını təsdiqləyib

ÜST “Meymun çiçəyi”nə 80 yoluxma halını təsdiqləyib
# 21 may 2022 14:58 (UTC +04:00)

“Meymun çiçəyi” xəstəliyinə 80-ə yaxın yoluxma halı təsdiqlənib.

APA xəbər verir ki, bu barədə bu gün Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) “Twitter” hesabında məlumat verib.

Bildirilib ki, daha 50-yə yaxın yoluxma halı barədə araşdırma aparılır.

Vurğulanıb ki, son vaxtlar bu xəstəlik onun üçün ənənəvi olmayan 11 ölkədə qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR