ÜST: Son 2 ildə koronavirusdan 15 milyona yaxın ölüm olub

ÜST: Son 2 ildə koronavirusdan 15 milyona yaxın ölüm olub
# 05 may 2022 17:55 (UTC +04:00)

Ümumdünya Səhiyyə Təşkilatı son iki ildə COVİD-19-la əlaqədar yanaşı ölüm hallarının sayını açıqlayıb.

APA Anadolu-ya istinadən xəbər verir ki, 2020-2021-ci illərdə təxminən 15 milyona yaxın ölüm faktı ya birbaşa, ya da dolayısı ilə koronavirusla əlaqədar olub. Bunun 84 faizi Cənub-Şərqi Asiya, Avropa və Amerika regionlarının payına düşüb, 68 faizi isə 10 ölkədə qeydə alınıb.

Bundan başqa, yanaşı ölüm faktlarının 81 faizi orta, 4 faizi aşağı, 15 faizi isə yüksək gəlirli ölkələrdə baş verib. Ölənlərin 57 faizini kişilər, 43 faizini isə qadınlar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR